Bildiyiniz kimi EXPLORER öz məqalə müsabiqəsinə çoxdan start verib. Keçən sayımızda bir çox oxucularımızdan və EXPLORER sevənlərdən məqalələr gəldi. Bütün məqalələr maraqlı idi. Bunlardan sırf bizim jurnalın profilinə uyğun olanlar ikinci sayımızda nəşr olundu. Üçüncü sayımız üçün də məqalələr göndərilir, sizə təşəkkür edirik. Bizim artıq böyük bir siyahımız və qiymətləndirmələrimiz var. İlin sonunda qalibi super hədiyyə gözləyir... Odur ki, məqalə göndərməyə davam edirik!
Son günlərdə gmail-dəki hesabıma daxil olarkən, yükləmənin davam etdiyini göstərən səhifə görməyə başladım.Amma dəqiq bilmirdim , bu yenilikdir yoxsa əvvəldən var, amma mən yeni görürəm. Sonra dəqiqləşdirdimki bu yenilik imiş :)
Bizim e-mail də gmail-də yerləşdiyi üçün, bizim mailə daxil olarkən də eyni yüklənmə şəklini görürük :)
Google bu yeniliyi ilə də, istifadəçilərin rahatlığını düşündüyünü göstərir.Son vaxtlarda,yüklənmə gecikirdi, və ağ səhifənin yüklənməsini gözləmək yorucu olur.Belə bir səhifə isə,insana psixi olaraq rahatlıq verir :) Ən azından neçə fazinin yükləndiyini görüb,nə qədər gözləyəcəyimizi təxmin edə bilirik. Mən şəxsən bəyəndim :)
Blezx13 yazıb. | May 24 2008 10:42:44 ·
3 rəy · 103 dəfə oxunulub
·
"my documents" çantası
Fərqliliyi sevənlər üçün My Documents ikonu şəklində maraqlı laptop çantası.Komputer həvəskarlarının lap ürəyincə olacaq bu :) . Azərbaycanda da satılsaydı,məmnuniyyətlə almaq istərdim :) Laptop üçün olan çantanın ölçüləri : 27.3cm x 28.5cm x 3.8cm .
Bu görünüşdə çanta,laptopdan əlavə olaraq, MP3 oxuyucu,kamera və cüzdan(portmanet) üçün də var.
Blezx13 yazıb. | May 16 2008 09:42:47 ·
3 rəy · 116 dəfə oxunulub
·
GooGle -dan bir yenilik daha...
Bugünlərdə hərkəs Google -ın yeni layihəsindən danışır.Hər gün yenilənib,genişlənən sosial şəbəkə saytlarını da öz tərkibinə alacaq yeni layihə, internetdə yeni bir partlayışa səbəb olacaq.Google -ın yeni elan etdiyi "Friend Connect "-in, hərkəsin işini asanlaşdıracağı gözlənilir....
Bildiyiniz kimi EXPLORER öz məqalə müsabiqəsinə çoxdan start verib. Keçən sayımızda bir çox oxucularımızdan və EXPLORER sevənlərdən məqalələr gəldi. Bütün məqalələr maraqlı idi. Bunlardan sırf bizim jurnalın profilinə uyğun olanlar ikinci sayımızda nəşr olundu. Üçüncü sayımız üçün də məqalələr göndərilir, sizə təşəkkür edirik. Bizim artıq böyük bir siyahımız və qiymətləndirmələrimiz var. İlin sonunda qalibi super hədiyyə gözləyir... EXPLORER sırf oxucu jurnalıdı. Sizdən gələn məqalələrlə biz oxucularımızın daha çox nəyə ehtiyac duyduğunu da müəyyənləşdiririk. Odur ki, məqalə göndərməyə davam edirik!
thewarrior yazıb. | May 15 2008 10:07:49 ·
0 rəy · 83 dəfə oxunulub
·
ONLINE ABUNƏ OL!
Dəyərli oxucularımız. Artıq saytımız vasitəsilə abunə olmaq imkanına sahibsiniz. Siz Yuxarıdakı menuda gördüyünüz Online Abunəlik Formu keçidi izləyərək öz abunəlik məlumatlarınızı daxil edərək bizə sifariş göndərə bilərsiniz. Biz ən qısa müddət ərzində sizinlə əlaqə saxladıqdan sonra jurnalı və abunə formunu sizin ünvanınıza çatdırırıq.
Jurnalımızın ikinci sayısı artıq satışa hazırdır :) Sabah inşAllah,Qafqaz universitetində jurnalın 2ci sayısının tanıtımı keçiriləcək. Daha sonra isə satışa veriləcəkdir. Abunələrimizin çoxu artıq jurnalla tanış olmuşdur. Tutduğumuz yolla davam edirik.Bu sayımızda da əsas öyrədici məlumatlardır. Davamınını oxuyun....
Komandamızın fəaliyyəti çoxlarının diqqətini cəlb etməkdədir.Və əsasən də gənclər tərəfindən dəstəklənir. Komandamızın fəaliyyəti Xəzər TV əməkdaşlarının da diqqətini cəlb etdi və xəbərlər programında, Explorer jurnalı haqqında məlumat verdilər. Videoya baxmaq üçün aşağıdakı keçidi istifadə edə bilərsiniz.
Bizə dəstək olan hərbir kəsə təşəkkürümüzü bildiririk.
Blezx13 yazıb. | April 14 2008 14:24:33 ·
9 rəy · 200 dəfə oxunulub
·
Dövlət strukturlarının jurnalımıza göstərdikləri maraq
18 Mart 2008 tarixində jurnalımız barədə Rabitə və İnformasiya Texnologiyaları nazirliyinin saytında xəbər dərc olunmuşdur. Dərc olunmuş xəbəri sizə təqdim edirik:
İKT sahəsində Azərbaycan dilində yeni jurnal işıq üzü görüb "Bakıda informasiya-kommunikasiya texnologiyaları sahəsində Azərbaycan dilində «Explorer» adlı yeni jurnal buraxılıb. Əsasən gənclərin İKT sahəsində maarifləndirilməsi üçün nəzərdə tutulmuş bu jurnalda yerləşdirilən məlumatların əksəriyyəti öyrədici xarakter daşıyır. Jurnalla birgə alıcıya əlavə olaraq şəkil, video, proqram və kiçik oyunlu CD-disk hədiyyə olunur. İlk nömrəsi 1000 ədəd tirajı ilə buraxılan jurnalın qiyməti 3 manat təşkil edir. " Xəbərin davamında saytın ekran görüntüsü var.
Dəyərli oxucularımız və saytımızın istifadəçiləri, bu gündən etibarən məqalə yarışına start verildi! Hər kəs öz məqaləsini göndərsin, öz məqaləsini jurnalımızda görsün.
EXPLORER jurnalı müddətsiz yarışma başladır. Bu yarışmaya hər kəs qatıla bilər. Jurnalımızın mövzuları ilə əlaqədar olan hər məqalə göndərilə bilər. Məqalə Azərbaycan dilində və ən az 1 səhifə A4 həcmində olmalıdır. Seçilmiş məqalələr jurnalda nəşr olunacaq. Bir ilin sonunda ən çox məqaləsi nəşr olunan oxucumuza super hədiyyə təqdim ediləcək. Məqaləni info@explorer-az.com ünvanına göndərin. Məqalənin sonunda müəllif öz adını və soyadını, ən az 3 fərqli mənbə və əlaqə üçün nömrə göstərməlidir.
Hər kəsə uğurlar... Gecikmədən başlayın!!!
thewarrior yazıb. | March 17 2008 11:52:53 ·
7 rəy · 173 dəfə oxunulub
·
1-ci sayımız artıq satışda !
Bildiyiniz kimi dünyanın hər yerində texnologiya ilə bağlı bir çox dillərdə jurnallar var. Bu jurnalların ən məşhurlarından olanlar Rusiyadan, Türkiyədən bizə gəlməkdədir. Təəssüflər olsun ki, bunların arasında öz dilimizdə öyrənə biləcəyimiz heç bir jurnal yoxdu. İndi isə EXPLORER jurnalı : oxumaq qazandırır devizi ilə yola çıxıb. Azərbaycan dilində demək olar ki, yeganə texnologiya jurnalıdır. Həm də hər sayısında CD hədiyyə edir. CD daxilində şəkillər, videolar, proqramlar, kiçik oyunlar var. Çox super tasarlanmış bu jurnalın ən üstün cəhəti ondan ibarətdir ki, məlumatların əksəriyyəti öyrədici və məsləhət tipli olduğundan köhnəlmə təhlükəsi yoxdur. Bu da öz növbəsində jurnalı kiçik həcmli bir kitab səviyyəsinə gətirir.
Artıq Qafqaz universitetində stendlər keçirilir. Tələbələr cəmi 3 manat ödəməklə jurnal alırlar. Bundan əlavə əsas qeyd etmək istədiyim məsələ ondan ibarətdir ki, Azərbaycandakı bir çox jurnalların retail abunə sistemi yoxdu, ya şirkətləri abunə edirlər, ya da etmirlər. Amma Explorer jurnalı Bakı və Sumqayıt ərazisində ünvana çatdırmaq şərti ilə abunə sistemi qurur. abunələr üçün özəl endirim və kampaniyalar olacaq.